"Kəpəz” qış fasiləsində heyətinə qatdığı 5 futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Bu barədə Sportnet.az-a Gəncə təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib.
O, bildirib ki, ukraynalı qapıçı Sergey Litovçenko və braziliyalı orta xətt oyunçusu Dieqo Souza ilə 6 ay + 1 il şərti ilə müqavilə bağlanılıb. Digər qapıçısı Tərlan Qasımzada, yarımmüdafiəçi Tərzin Cahangirov, və gürcüstanlı yarımmüdafiəçi Giuli Manjqaladze isə 1 illik sözləşməyə imza atıb.
"Kəpəz”ə Türkiyə toplanışında qoşulacaq sabiq braziliyalı hücumçusu Dario Federiko ilə isə 6 aylıq müqavilə bağlanılacaq.
Qeyd edək ki, "Kəpəz” qış fasiləsində "Qəbələ”dən Roman Hüseynovu icarəyə götürüb. Həmçinin Samir Zərgərov və Murat Səttarlı ilə müqavilə bağlanılıb.