1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dino Ndlovu: "Gözləyə bilmədim"
"İlk dəfə Çində olduğumdan, sirli ölkədəki həyatı həyəcanla gözləyirdim. Bu səbəbdən, "Qrintaun"dan dəvət aldığım vaxt gözləyə bilmədim və bura özümü çatdırmaq üçün tələsməyə başladım".
Sportnet.az-ın məlumatına görə, bunu Çinin "Hançjou Qrintaun" klubuna keçən "Qarabağ"ın sabiq futbolçusu Dino Ndlovu deyib. 28 yaşlı hücumçu Hançjou şəhərinə yüksək qiymət verib. Onun fikrincə, bu şəhər klassik və müasir gözəlliyi özündə birləşdirir.
Ndlovu yeni komandasındakı vəziyyətdən qayğılı olduğunu və kollektivə tezliklə qoşulmaq istədiyini əlavə edib. Cənubi afrikalı forvard tibbi baxışdan sonra rəsmi müqaviləyə imza atdıqdan sonra hazırda Çinin Kunmin şəhərində təlim-məşq toplanışında olan "Hançjou Qrintaun"un düşərgəsinə yollanıb.
Qeyd edək ki, Dino Ndlovunun yeni komandası Çinin I Liqasında ötən mövsümü 9-cu pillədə başa vurub. Növbəti mövsümə martda start veriləcək.