Müqavilə ilə "Səbail" klubuna məxsus olan Raul Yaqubzadə karyerasını "Sabah"da davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçu mövsümün sonuna kimi icarə əsasında I Divizion təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, "Bakı"nın yetirməsi olan Raul daha öncə "Mil-Muğan" və "Qaradağ Lökbatan" klublarında da çıxış edib.









































































