Topaz Premyer Liqasında XVI turun son görüşləri keçirilir.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə əvvəlcə autsayderlər üz-üzə gəlib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan "Kəpəz" doğma azarkeşlər önündə "Keşlə"ni sınağa çəkib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 51-ci dəqiqədə Fuad Bayramov vurub.
Bu qələbə sayəsində "Keşlə" xallarını 12-yə çatdırıb və 7-ci pillədə möhkəmlənib. İndi Yuri Maksimovun baş məşqçi olduğu komanda 6-cı pillədəki "Səbail"dən cəmi 2 xal geri qalır. Ardıcıl 6-cı oyundan məğlub ayrılan "Kəpəz" isə 7 xalla sonuncu pillədə "möhkəmlənib.
Turun son oyunu isə lider "Qarabağ"la debütant "Səbail" arasında olub.
"Bayıl Arena"da baş tutan görüş də Ağdam təmsilçisinin 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb. Matçın taleyini Mahir Mədətovun 51-ci dəqiqədə vurduğu qol həll edib.
Bu qalibiyyətdən sonra "Qarabağ" xalını 41-ə çatdırıb. "Səbail" isə 14 xalla 6-cı sıradadır.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib. Bu gün baş tutan digər qarşılaşmada "Keşlə" "Kəpəz"i məğlub edib 1:0.
Topaz Premyer Liqası, XVI tur 18 fevral (bazar)
15:00 "Kəpəz” – "Keşlə” - 0:1
Qol: Fuad Bayramov, 51
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Füzili Nəcəfov
Gəncə şəhər stadionu
17:30
"Səbail” – "Qarabağ” - 0:1
Qol: Mahir Mədətov 51
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
"Bayıl Arena”
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Zirə"ni 2:1, "Sumqayıt" isə "Neftçi"ni 2:0 hesabı ilə yenib.