Gürcüstan klublarında çıxış edən futbolçuların orta aylıq əmək haqqı açıqlanıb.
Sportnet.az Gürcüstanda Futbolun İnkişafı Fonduna istinadən xəbər verir ki, 2017-ci ildə bu göstərici 2306 lari olub (təxminən 1445 manat). Milli çempionatda çıxış edən 342 futbolçudan 85-nin aylıq maaşı 3 min laridən çoxdur. 102 futbolçu 2000 - 2999 lari, 60 oyunçu 1000 - 1999 lari, 95 nəfər isə 999 lariyədək maaş alıb.
Ən yüksək maaşı pley-off mərhələsində uduzduğu üçün hazırda II liqada çıxış edən Batumi "Dinamo”sunun oyunçularına ödənilib – 2925 lari. Komandanın 14 futbolçunun aylıq qazancı bu qədər olub.
Ən az maaş isə "Saburtalo”da qeydə alınıb. Mövsümü 4-cü pillədə başa vuran klubda orta aylıq əmək haqqı 1610 laridir.
2017-ci ildə futbolçuların 36 faizinin əmək haqqı 900 lari təşkil edib.