Topaz Premyer Liqasında XXIII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Gəncədə autsayder "Kəpəz"lə lider "Qarabağ" arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 23-cü dəqiqədə Ramil Şeydayev vurub. Bununla da 22 yaşlı hücumçu Ağdam komandasının heyətində Premyer Liqada qol hesabını açıb.
Bu qələbə sayəsində xallarını 56-ya çatdıran "Qarabağ" ardıcıl 5-ci çempionluğa doğru daha bir addım atıb. "Kəpəz" isə 12 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, tura aprelin 15-də "Qəbələ" - "Səbail", "Sumqayıt" - "Keşlə" və "Zirə" - "Neftçi" görüşləri ilə yekun vurulacaq.
14 aprel (şənbə)
"Kəpəz” – "Qarabağ” - 0:1
Qol: Ramil Şeydayev, 23
Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Gəncə şəhər stadionu, 16:00 ("CBC Sport”/ canlı)