1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Əliyev: "Bir xal da bizim üçün yaxşı nəticədir"
"Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XXIII turunda "Qəbələ"ylə səfərdə 1:1 hesablı bərabərlikdən sonra fikirlərini bölüşüb.
Sportnet.az verir ki,39 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- İki fərqli hissə oldu. İlk hissədə daha yaxşı oynadıq. Rəqib ikinci hissədə sistemi dəyişdi. Bu da başadüşüləndir. Bilirdik ki, rəqibin qələbəyə ehtiyacı var. Ən azından uduzmamağa çalışırdıq. Düzdür, hesabda öndə olduq. Ancaq bundan sonra qol imkanlarımızdan istifadə edə bilmədik. Son 30 dəqiqədə rəqib güclü təzyiq etdi və sonda qol vurdu. Bu 1 xal da bizim üçün yaxşı nəticədir.
- Mövsüümn ikinci yarısında "Qəbələ"yə uduzmadınız. "Qarabağ" kimi güclüllərə qarşı inamlı təsir bağışladınız. Mübariz komanda fornmalaşdırmısınız. Gələcəklə bağlı hədəfiniz necədir?
- Bu yaxında rəhbərliklə görüşümüz oldu. Gələcək planlarla bağlı söhbətləşdik. Düzdür, hələ 5 tur var. Ancaq iniddən gələcək üçün planlar qururuq. "Səbail"in növbəti mövsümdə hədəfləri daha böyük olacaq.
- Bu 1 xalı (Samir Əliyevin aprelin 14-də 39 yaşı tamam olub – red.) ad günü hədiyyəsi sayırsınız?
- Oyundan əvvəl elə bir söhbətimiz olmamışdı. Əlbəttə, qələbə daha yaxşı oldu. Ancaq bizim üşün hər xal vacibdir. Qalan 5 oyundan 4-nü evdə, sintetik qazonda oynayacağıq.
- Qapıda gözlənilmədən Elxan Əhnəıdova şans verdiniz. Ehtiyatda qalan təcrübəsiz qapıçının yaxşı oyunu onu gələn matçlarda da qapıda qoymaqla bağlı sizdə fikir formalaşdırdımı?
- Elxanı komandaya götürəndə potensialını bilirdik. Sadəcə, əsas heyətə qoymaqla bağlı tərəddüd ediridk. Əhmədov sübut etdi ki, əsas qapıçıməz Emil Baıayevdən geri qalmır. Gələcəkdə hər ikisinə şans verməyi düşünürük.