1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hər 3 qolda günahkar mənəm"
"İlk oyunda qalib gəlsək də, burada da istər-istəməz nəticə önəmli idi. Komandamızın da, özümün də bəxtim gətirmədi. Qapımıza qollar daxil oldu. Sadəcə, diqqətsizliyə yol verdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin qapıçısı Rəşad Əzizli evdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. 24 yaşlı qolkiper bildirib ki, səfərdəki ilk görüşdə 2:1 hesablı qələbə və Premyer Liqadakı son qarşılaşmalardakı uğurlu çıxışı flaqmanın futbolçularında arxayınlıq yaratmayıb: "Xeyr, qətiyyən. Bu, bizdə arxayınlıq yaratmamışdı. Sadəcə, oyun alınmadı. Həmişə udmaq olmur. Uduzmağı da bacarmaq lazımdır".
Əzizli cavab görüşündə qapısına daxil olan hər 3 qolda özünü günahkar saydığını açıqlayıb. O, qapıya gedən topda komandasına kömək etməyinin vaciblyini vurğulayıb. O, hesabda dönüş edə bilməmələrinin səbəbini belə izah edib: "Komandamız gec toparlandı. Vaxt çatmadı. Bir qol da vursaydıq, dalı gələcəkdi. Bəxtimiz gətirmədi. Finala vəsiqə qazanmamağımız da buna görədir. Çünki hər iki oyunda üstün tərəf biz idik. Sadəcə, diqqətsiklik üzündən qollar buraxdıq. Əvəzini çıxmaq üçün isə gec idi".
Əzizli qalan görüşlərdə heç kimə azarkeşlik etməyəcəklərini əlavə edib: "Sadəcə, öz oyunumuzu sərgiləyərək, qələbələr sayəsində irəli getmək lazımdır. Fikrimiz 3-cü yeri tutmaqdır. Çempionatdakı qalan görüşlərdə qələbələr qazanaraq, layiql yerimizi tutacağıq. Həftəsonu "Qəbələ" ilə Premyer Liqanın XXIV tur matçına da qələbə üçün çıxacağıq. Bu görüşə revanş kimi baxa bilmərik. Sadəcə, hər bir matçda qələbəni düşünürük. Bu, baş versə, hər şey öz yerini tapacaq".