"Neftçi" böyük klubdur. Bura gəlməyim mənim üçün böyük şansdır. Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Slavko Braliç komandanın açıq məşqi zamanı keçirdiyi brifinqdə deyib. 26 yaşlı müdafiəçi flaqmanı seçməsinin səbəbini klubun böyük planlarının olması ilə əlaqələndirib: "Rəhbərliklə də danışdım. Düşündüm ki, mənim üçün çox sərfəli və münasib təklifdir. Ona görə də "Neftçi"ni seçdim".
Braliç Topaz Premyer Liqasında komanda sayının azlığının onun üçün fərq etmədiyini söyləyib. O, bütün oyunlarda qələbə üçün əllərindən gələni edəcəklərini vurğulayıb: "Bu, həm mənim, həm də komandamız üçün çox böyük uğur olar".
Qeyd edək ki, Slavko Braliç "Neftçi"yə Bosniya və Herseqovinanın "Şiroki Brieq" klubundan keçib.