UEFA İtaliyanın "Milan" klubunu maliyyə "feyr pley”i qaydalarını pozduğuna görə iki il müddətinə avrokuboklardan kənarlaşdırıb.
Sportnet.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, komanda 2018-2019 mövsümündə Avropa Liqasında iştirak edə bilməyəcək.
Milan təmsilçisinin əvəzinə "Atalanta" turnirdə çıxış edəcək, "Fiorentina" isə təsnifat mərhələsində mübarizə aparacaq.