2017/2018 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu yeri tutan "Kəpəz" klubu fəaliyyətini davam etdirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin bugünkü iclasından sonra bildirib.
O, deyib ki, Gəncə təmsilçisi 2018/2019 mövsümündə I Divizionda çıxış edəcək.










































































