Topaz Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" çempionatdakı ilk matçında "Keşlə" ilə üz-üzə gəlib. "AZAL Arena"da təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 2:2. Hesabı artıq 2-ci dəqiqədə Mirsahib Abbasov açıb. 36-cı dəqiqədə Pərdis Fərcad-Azad fərqi artırıb. Hazırda "Zirə"də çıxış edən hər iki oyunçu keçmiş komandalarını məyus edib.
"Keşlə" fasilədən sonra məğlubiyyətdən xilas ola bilib. 53-cü dəqiqədə Slavik Alxasov, uzatma dəqiqələrində isə Andre Klennon fərqlənib.
Beləliklə, ilk turda "Qarabağ"la oyunu təxirə salındığı üçün istirahət edən "Zirə" Premyer Liqaya 1 xalla başlayıb. Bu, həm də cari mövsümdə ilk heç-heçə olub.
Qeyd edək ki, turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"i yenib - 2:0. Tura avqustun 19-da "Neftçi" - "Qəbələ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.
-------------------------------
"Qarabağ" klubu Topaz Premyer Liqasında yeni mövsümə qələbə ilə başlayıb.
Sportnet.az xəbər verir ki, Ağdam təmsilçisi II turun açılış oyununda "Səbail"i məğlub edib - 2:0. Səfərdə baş tutan oyunda komandaya qələbə qazadıran qollara 27 və 86-cı dəqiqələrdə Mahir Mədətov imza atıb.
Qeyd edək, "Qarabağ" avqustun 10-da I tur çərçivəsində "Zirə"ni qəbul etməli idi. Lakin həmin görüş Ağdam komandasının Çempionlar Liqasında Belarus BATE-si ilə oyunlarına görə sentyabrın 26-a təxirə salınıb. Bununla belə, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "köhlən atlar" Avropa Liqasının pley-offunda Moldova "Şerif"i ilə qarşılaşacaq.
---------------
Bu gün Topaz Premyer Liqasında II tura start veriləcək.
Sportnet.az xəbər verir ki, turun qarşılaşmaları iki günü əhatə edəcək. Açılış matçında "Səbail" ötən mövsümün qalibi "Qarabağ"ı qəbul edəcək. İlk turda "Zirə" ilə görüşü təxirə salındığından, Ağdam komandası cari mövsümdə ilk oyununu keçirəcək. Yalnız ötən mövsüm qarşılaşan kollektivlərin bütün oyunlarında "Qarabağ" qələbə qazanıb. "Səbail" 4 matçın heç birində rəqib qapısına qol vura bilməyib.
Ölkə kubokunun sonuncu qalibi "Keşlə" səfərdə ilə "Zirə" üz-üzə gələcək. Son iki qarşılaşmada "Keşlə" rəqibini 2:1 hesabı ilə üstələyib. "Zirə" meydanı qolsuz tərk etmədiyi ardıcıl 8 oyunun hərəsində 1 dəfə fərqlənib. Bu komandalar indiyədək 12 dəfə qarşılaşıblar. Qəsəbə komandası 2, rəqibi isə 3 dəfə qələbə qazanıb. Topların fərqində də "Keşlə" öndədir - 11:10.
"Zirə" də cari çempionatda ilk oyununa çıxacaq.
Qeyd edək ki, turun digər iki qarşılaşması avqustun 19-da olacaq. Premyer Liqanın debütantı "Sabah" Masazırda "Sumqayıt"ı qəbul edəcək.
Həftənin son oyunu isə "Neftçi" və "Qəbələ" komandaları arasında olacaq.
Topaz Premyer Liqası, II tur
18 avqust (şənbə)
18:30. "Səbail” – "Qarabağ” - 0:2
Qollar: Mahir Mədətov, 27; 86
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Bayıl Arena”
20:30. "Zirə” – "Keşlə” - 2:2
Qollar: Mirsahib Abbasov, 2. Pərdis Fərcad-Azad, 36 - Slavik Alxasov, 53. Andre Klennon, 90+1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"AZAL Arena”
19 avqust (bazar)
18:30. "Neftçi” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
"Dalğa Arena”
20:30. "Sabah” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
"Əlincə Arena”.