"Qəbələ”nin U-19 komandasının yeni baş məşqçisi məluma olub.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Famil Xəlilovun Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunmasından sonra boşalan posta "Qəbələ”nin ləğv olunan əvəzedici komandasına rəhbərlik edən Emin İmaməliyev gətirilib.
Ona Azər Həşimov kömək edəcək.
Qeyd edək ki, Xəlilovun rəhbərlik etdiyi "Qəbələ”nin U-19 komandası ötən mövsüm AFFA-nın Gənclər Liqasının qalib olub.