Ukraynanın "Dinamo" (Kiyev) komandasının sabiq futbolçusu və baş məşqçisi Sergey Rebrov Macarıstan "Ferentsvaroş"unun sükanı arxasına keçib.
Sportnet.az Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Tomas Dollu əvəzləyib. Rebrova "Dinamo"da da onunla birgə çalışmış ispaniyalı Alberto Bosx kömək edəcək.
Rebrov futbolçu karyerasını 2009-cu ildə başa vurub. O, 2014 - 2017-ci illərdə "Dinamo"da, daha sonra bir ilədək Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandasında baş məşqçi kimi çalışıb.
Qeyd edək ki, 5 turdan sonra "Ferentsvaroş" 13 xalla turnir cədvəlinə başçılıq edir.