"Qarabağ" komandası bu gün Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Moldova "Şerif"in qonağı olub. Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 8-ci dəqiqədə Rifet Kapiç vurub. Cavab görüşü avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadiionunda keçiriləcək.
-------------
Bu gün "Qarabağ" komandası Avropa Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, rəqib Moldova çempionu "Şerif" olacaq. Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərlik etdiyi belaruslu hakimlər briqadasına tapşırılıb.
Hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin "Şerif" "Qarabağ"dan tez - II təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına iki oyunun nəticəsində (0:0, 0:1) uduzaraq, Avroliqaya keçid edib.
Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb.
"Qarabağ" bugünkü oyuna itkilərlə çıxacaq. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün oynamayacaq. Eyni zamanda kapitan Rəşad Sadıqov isə xəstələndiyi üçün son çalışmalarda iştirak etməyib. "Şerif"də isə heyət sarıdan heç bir problem yoxdur.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
21:00. "Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan) - 1:0
Qol: Rifet Kapiç, 8
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus)
Tiraspol, "Şerif" İK stadionu