Azərbaycanın "Araz” futzal klubunun Çempionlar Liqasının əsas mərhələsində oyunlarının vaxtı açıqlanıb.
Sportnet.az xəbər verir ki, ölkə çempionu mübarizəyə Litvanın "Vytis” komandasına qarşı matçla start verəcək. Bu oyun oktyabrın 3-də keçiriləcək. "Araz” ertəsi gün Malta təmsilçisi "Valletta” ilə gücünü sınayacaq. Qrupun son oyunu oktyabrın 6-da keçiriləcək. Azərbaycan komandası Sloveniyanın "Luçenec” kollektivi ilə üz-üzə gələcək.
3 oktyabr
17:30. "Araz” (Azərbaycan) – "Vytis” (Litva)
4 oktyabr
17:30. "Valletta” (Malta) – "Araz” (Azərbaycan)
6 oktyabr
20:00. "Araz” (Azərbaycan) – "Luçenec” (Slovakiya)
Qeyd edək ki, VIII qrupun oyunları Slovakiyada "Sportova hala Arena”da keçiriləcək. Matçların başlama saatı Bakı vaxtı ilə göstərilib və canlı yayımla əlaqədar dəyişdirilə bilər.