1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev: "İstənilən formada deyiləm"
"Çox gərgin oyun oldu. Əlimizdən gələni artıqlaması ilə elədik. Qələbə qazanmağı çox istəyirdik. Bu futboldur. Alınmadı. Çox üzülürəm ki, qələbə qazana bilmədik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyev UEFA Millətlər Liqasının II turunda səfərdə Matla ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Qələbə qazanmamağımızın səbəbi nədir?
- Sadəcə alınmadı. Qol şanslarımız oldu. Yararlana bilmədik. Yenə qeyd etmək istəyirəm ki, qələbəni həddindən çox istəyirdik. Oyundan öncə də böyük həvəsimiz var idi. Çox yaxşı da hazırlaşmışdıq.
- Oyuna ikinci hissədə daxil oldunuz. Sanki komanda yoldaşlarınızla anlaşma probleminiz var idi...
- Komanda yoldaşlarımla bacardığım qədər anlaşa bildim. Bunu baş məşqçimiz daha yaxşı bilər. Onu demək istəyirəm ki, həvəsli idik.
- Qurban Qurban mətbuat konfransında bildirdi ki, əksər futbolçular performasındam aşağı çıxır edirlər. Bunu özünüzə aid edirsinizmi?
- Baş məşqçi elə deyibsə, deməli elədir. Bu gün mən də tam hazır deyiləm. İstənilən formada deyiləm. Zədələr də olub.
- Düşünürsünüzmü komanda bu gün qələbəyə layiq deyildi....
- Mən elə deməzdim. Düşünürəm ki, qələbəyə layiq idik. Çox heyf ki, bizdə alınmadı.