
Çempionlar Liqasında İngiltərənin "Mançester Yunayted" və İspaniyanın "Valensiya" komandaları arasındakı qrup mərhələsinin II tur matçı bir neçə dəqiqə gec başlayıb.
Sportnet.az-ın məlumatına görə, səbəb "qırmızı şeytanlar"ı "Old Trafford" stadionuna aparan avtobusun tıxaca düşməsisir. UEFA nümayəndəsi baş hakimlə vəziyyəti müzakirə etdikdən sonra start fitinin 5 dəqiqə gec başlanmasına qərar verilib.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.