1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qolu öz səhvimizdən buraxdıq"
"Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibin oyununu izləyib zəif və güclü tərəflərini təhlil etmiş, matça tam hazır gəlmişdik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Qismət Alıyev səfərdə Norveçlə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının son seçmə oyunu barədə danışarkən deyib. 21 yaşlı yarımmüdafiəçi qələbəni əldən vermələrinin səbəbini açıqlayıb: "İlk dəqiqələrdən qol vuraraq hesabda irəli çıxdıq. Oyunun sonlarına yaxın öz səhvimizdən qapımızdan qol buraxdıq. Düşünürəm ki, çox yaxşı, əzmkar mübarizə apardıq. Seçmə mərhələdə sonuncu oyunum idi. Bundan sonra əsas məqsədim milli komandaya dəvət almaqdır”.