
Topaz Premyer Liqasının VIII turunun mərkəzi görüşü "Qəbələ” və "Neftçi” komandaları arasında keçiriləcək.
Sportnet.az-ın "qırmızı-qaralar"ın rəsmi saytına istinadən məlumata görə, iki klub 47-ci dəfə üz-üzə gələcək.
Əvvəlki 46 qarşılaşmada 16 qələbə qazanan "Qəbələ” 11 dəfə heç-heçə edib. Digər 19 görüşdə Bakı təmsilçisi qələbə qazanıb. Arxada qalan görüşlərdə rəqiblər eyni sayda – hərəyə 59 qol vurub.
"Qəbələ”nin öz meydanında keçirdiyi 22 görüşdə qonaqlar üstünlüyə malikdir. 7 qələbə və 5 heç-heçəsi olan əyalət komandası 10 dəfə məğlubiyyət alıb. Bu görüşlərdə "qırmızı-qaralar" 27 qol vurub, 30-nu buraxıb.
Komandalar arasındakı 46 görüşdən 41-i Premyer Liqa çərçivəsində baş tutub. Ölkə çempionatının 15 oyununda 3 xal qazanan "qırmızı-qaralar” 8 bərabərliklə kifayətlənib. 18 dəfə qalib gələn "Neftçi” top fərqində də öndədir – 53:52.