1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qalatasaray” yenə xal itirdi
Bu gün Türkiyə Super Liqasında 9-cu turun açılış matçında "Qalatasaray” və "Bursaspor” komandaları qarşılaşıb.
Sportnet.az-ın məlumatına görə, oyunun birinci hissəsi "Qalatasaray”ın 3 oyunçusunun zədələnməsi və əvəzlənməsi ilə yadda qalıb.
Zədələnmiş müdafiəçi Sərdar Əziz, yarımmüdafiəçilər Sofian Fequli və Fernando Regesi müvafiq olaraq Maykon, Eren Derdiyok və Səlcuk İnan əvəzləyib.
İkinci hissənin 63 dəqiqəsində "Bursaspor”un oyunçusu Aytaç Kara 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək komandasını önə çıxarıb. "Qalatasaray”ın hücumçusu Eren Derdiyok 77-ci dəqiqədə baş zərbəsi ilə hesabı bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.
Bu mövsümdə ilk dəfə meydanında qalib gələ bilməyərək xal itirən "Qalatasaray” buna baxmayaraq hazırda 15 xalı olan ən yaxın rəqibləri "Başakşehir”, "Beşiktaş” və "Kasımpaşa” ilə xal fərqini 4-ə yüksəldib, 9-cu turda liderliyini qorumağa nail olub.
Türkiyə Super Liqasında 9-cu turun qalan oyunları həftə sonu keçiriləcək.