Çempionlar Liqasının III turunda evdə "Şalke" ilə matçda xəsarət alan Türkiyənin "Qalatsaray" klubunun futbolçusu Yuto Naqatomonun durumuna aydınlıq gəlib.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisinin sözügedən qarşılaşmada ağciyəri zədələnib. Qarşılaşmanın 81-ci dəqiqəsində top güclü zərbədən sonra yaponiyalı oyunçunun sinəsinə dəyib və Naqatomo daha sonra xəstəxanaya aparılıb. Onun yerinə meydana Ömər Bayram daxil olub.
Təcrübəli futbolçunun bir neçə gün xəstəxanada qalacağı açıqlanıb.
Qeyd edək ki, "Qalatasaray" - "Şalke" matçı 0:0 hesabı ilə başa çatıb.