"Çexiya yığmasının qrupun aşkar favoriti olması hamıya məlumdur. İlk oyunda meydan sahibi Albaniya yığmasını böyük hesabla məğlub etmişdilər. Norveç yığması ilə oyundakı məğlubiyyət futbolçularda müəyyən psixoloji təzyiq yaratmışdı".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Ramin Quliyev Çexiya yığması ilə Avropa çempionatının seçmə oyunundan sonra affa.az-a açıqlamasında deyib.
Gənc mütəxəssis Çexiyanın səhvlərdən və əks-hücumdan yararlandığını bildirib: Uşaqlar bu oyuna çox istəkli çıxmışdılar. Meydanda əzmkar və istəkli komanda vardı. Futbolçular hər top uğrunda mübarizə apardılar. İlk hissədə rəqibə demək olar ki, oyun qurmağa imkan vermədik. Çexiya yığması səhvimizdən istifadə edib hesabı açmağı bacardı. Qoldan sonra futbolçularımız oyun intizamını qoruyub mübarizəni davam etdirdilər. Fasilədən sonra 2-3 qol imkanı yaratdıq. Təəssüf ki, bunlardan istifadə edə bilmədik. Son 10 dəqiqədə hesabı bərabərləşdirmək üçün risk edərək üç hücumçu ilə mübarizə apardıq. Ancaq təəssüf ki, oyunun başa çatmasına 2 dəqiqə qalmış qapımızdan növbəti qolu buraxdıq. Çalışacağıq ki, növbəti oyunda daha istəkli və keyfiyyətli oyun nümayiş etdirək”.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Norveçə 1:4 hesabı ilə uduzub.