FIFA İspaniya La Liqasının XXI turunun "Jirona” – "Barselona” oyununun ABŞ-ın Mayami şəhərində keçirilməsinə icazə verməyib.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərar FIFA Şurasının Ruandanın paytaxtı Kiqalidə keçirilən iclasında qəbul olunub. Ali futbol qurumu bu məsələdə İspaniya Kral Futbol Federasiyasınn mövqeyini dəstəkləyib.
Qeyd edək ki, La Liqa rəhbərliyi matçın 2019-cu il yanvarın 27-də ABŞ-da keçirilməsini planlaşdırırdı.