İspaniya "Atletiko"sunun futbolçusu Dieqo Kosta 8 oyunluq diskvalifikasiya edilib.
Sportnet.az xəbər verir ki, səbəb təcrübəli hücumçunun La Liqada XXXI turun mərkəzi qarşılaşmasında "Barselona" ilə oyun zamanı hakimi təhqir etməsidir.
Kosta baş hakimin ailə üzvlərini təhqir etdiyinə görə 4 oyun, qırmızı vərəqə göstərməməsi üçün referinin qolunu tutmasına görə isə daha 4 matç meydana buraxılmaya bilər. Beləliklə, hər iki cəza 30 yaşlı futbolçuya qarşı tətbiq edilsə, forvard bütün mövsüm boyunca "Atletiko"nun oyununu kənardan izləməli olacaq. Çünki, turun bitməsinə yeddi oyun qalıb.
Qeyd edək ki, "Barselona" "Atletiko"nu 2:0 hesabı ilə yenib. Qolları Luis Suares və Lionel Messi vurub. 28-ci dəqiqədə Dieqo Kosta baş hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.