"Neftçi"nin mövsümlərarası fasilə müddətində göndərdiyi Canluka Sansone hələ də özünə yeni komanda tapmayıb.
Sportnet.az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, 32 yaşlı hücumçu yay transfer dövründə heç bir kluba keçə bilməyib. Hazırda onunla azad agent kimi İtaliya C Seriyasında çıxış edən "Mantova" maraqlanır. Klub bu keçidi mümkün qədər tez həll etməyə çalışır.
Qeyd edək ki, Canluka Sansone "Neftçi"yə ötən mövsümün ikinci yarısında azad agent kimi keçib. O, 11 oyuna 2 qol vurub.