"Neftçi"nin futboluçusu Dario Frederiko Premyer Liqanın VIII turunda "Zirə"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra brifinq keçirib.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb.
- Ardıcıl üçüncü dəfə qələbə qazandıq. Artıq ikinci yerdəyik. Bununla kifayətlənməməli, üzərimizdə çalışmalıyıq. Çalışmaqla daha yaxşı nəticələr gələcək.
- “Neftçi” “qara zolaq”dan çıxdı?
- Məncə, ardıcıl üç qələbə ilə bu vəziyyətdən çıxa bildik.
- Düşünmürsünüz ki, “Zirə” üzərində qələbə sizin üçün asan oldu?
- İnanmıram ki, hansısa oyun “Neftçi” üçün asan olub. Çünki həmişə vuruşmuş, mübarizə aparmışıq. Qələbəmizi əzmkarlıqla qazanırıq. Asan oyun olmadı.
- “Qarabağ”a çatmaq mümkün olacaq?
- Sona qədər mübarizə aparacağıq. Hər oyun qələbə qazanmağa çalışacağıq. Rəqibimizin xal itirdiyi vaxt çalışacağıq ki, büdrəməyək. Bununla daha da yaxınlaşmaq olar.
- Azarkeşlərlə aranız düzəlir? Çünki bu gün istefa şüarı səsləndirmirdilər...
- Hər futbolçu üçün sevincli haldır ki, onu meydanda azarkeşlər dəstəkləsin, qələbəyə ruhlandırsın. Biz hər oyun azarkeş dəstəyini hiss edirik. Əvvəllər başa düşmürdüm ki, onlar niyə tez-tez "istefa" şüarı səsləndirir. Sevindirici haldır ki, bizi dəstəkləməyə başladılar. Onlardan bunu hər oyun gözləyirik.
- “Qarabağ”ın xal itirməsinə sevinirsiniz?
- Əlbəttə, çempionluğa oynayan klub özündən öndə gedən komandanın xal itirməsini görən sevinir.