
"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov "Qəbələ" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının IX tur matçı zamanı dördüncü hakim Etibar Həsənova sərt etiraz edib.
Sportnet.az-ın məlumatına görə, buna gənc hakimin 48 yaşlı mütəxəssisə texniki zonadan kənara çıxdığını irad tutması səbəb olub. Əhmədov isə əsəbi haıda "Dünən gəlmisiz, bəsdir də" formasında cavab verib. Daha sonra o, əlindəki su qabını yerə çırpıb.
Əhmədov yenə texniki zona qaydalarını pozduğu üçün 80-ci dəqiqədə baş hakim Rauf Cabbarov tərəfindən sarı vərəqə alıb.
Qeyd edək ki, hazırda "Keşlə" öndədir - 2:1.