İngiltərənin "Arsenal" klubunun futbolçuları Məsut Özil və Sead Kolaşinatsa hücum faktı ilə əlaqədar bir nəfərə hökm oxunub.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı Eşli Smitə 10 illik həbs cəzası verilib. Smit 26 yaşlı Cordan Nortoverlə birgə yayda Londonda Özil və Kolaşinatsı qarət etmək istəyib. Onlar skuterlərlə futbolçuların olduqları avtomobilə yaxınlaşaraq, bıçaqla hədələyiblər. Türk əsilli yarımmüdafiəçi maşından çıxaraq yaxınlıqdakı restorana qaçıb və kömək istəyib. Onun komanda yoldaşı isə bəd niyyətlilərlə dalaşmağa başlayıb. Kolaşinats rəqiblərini qovlamağı bacarıb. Daha sonra polis caniləri saxlayıb.
Nortvertin işinə də tezliklə məhkəmədə baxılacaq.