Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda söküntü işləri davam edir.
Sportnet.az-ın məlumatına görə, işlər Prezident İlham Əliyevin stadionun yenidən qurulmasına dair imzaladığı sərəncam əsasında aparılır.
Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinə ilkin olaraq, 5 milyon manat vəsait ayrılıb.