"Qarabağ" komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışına başlayıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, kollektiv günü tək məşqlə keçirib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət hazırlıq prosesi təxminən 45 dəqiqə davam edib. Ötən gün məşqdə zədələnən Dani Kintana çalışmalarda yer almayıb.
"Qarabağ" toplanışı yanvarın 13-də iki məşqlə davam etdirəcək.