
“Qarabağ” Azərbaycan çempionatları tarixində 1200-cü qolunu vurub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın XVII turunda baş verib. “Zirə” ilə oyunadək hesabında 1195 qol olan Ağdam klubu 6:0 hesabı ilə qalib gəlib. Səfərdə vurulan 5-ci top tarixə 1200-cü kimi düşüb. Yubiley qoluna 61-ci dəqiqədə Abdullah Zubir imza atıb.
Xatırladaq ki, “Qarabağ”ın ilk qolu 1992-ci ildə Sabirabad “İnşaatçı”sı ilə ev matçına təsadüf edib. Hesabı açan Mehman Alışanov həm klubun, həm də ölkə çempionatları tarixinin ilk qolunun müəllifi olub.
N |
Oyunçu |
Rəqib |
Yer |
Dəq. |
Mövsüm |
Tarix |
1 |
Mehman Alışanov |
İnşaatçı(Sabirabad) |
e |
4 |
1992 |
03.05.1992 |
100 |
Səttar Əliyev |
Xəzər (Sumqayıt) |
e |
68 |
1993/94 |
30.09.1993 |
200 |
Müşfiq Hüseynov |
Kür-Nur (Mingəçevir) |
e |
- |
1995/96 |
01.10.1995 |
300 |
Bəxtiyar Musayev |
Neftçi (Bakı) |
e |
64 |
1997/98 |
22.11.1997 |
400 |
Elmir Xankişiyev |
Şəfa (Bakı) |
s |
13 |
1999/2000 |
03.04.2000 |
500 |
Eldəniz Məmmədov |
Şahdağ-Samur (Qusar) |
s |
89 |
2003/04 |
13.09.2003 |
600 |
Vasif Haqverdiyev |
MOİK (Bakı) |
e |
14 |
2005/06 |
29.04.2006 |
700 |
Rəşad Sadiqov |
Qəbələ (Qəbələ) |
s |
78 |
2009/10 |
06.12.2009 |
800 |
Rəşad Sadıqov |
Sumqayıt (Sumqayıt) |
s |
21 |
2012/13 |
19.08.2012 |
900 |
Muarem Muarem |
Neftçi (Bakı) |
e |
51 |
2013/14 |
27.04.2014 |
1000 |
Muarem Muarem |
Rəvan (Bakı) |
e |
53 |
2015/16 |
30.03.2016 |
1100 |
Riçard Almeyda |
“Səbail” (Bakı) |
e |
31 |
2017/18 |
07.04.2018 |
1200 |
Abdullah Zubir |
“Zirə” (Bakı) |
s |
61 |
2019/20 |
15.02.2020 |
Qeyd edək ki, 1995/96 mövsümündə vurulan qolların dəqiqələri protokollarda göstərilməyib. Həmçinin texniki nəticələr və ləğv olunan matçlar statistikada nəzərə alınmayıb.