Azərbaycan milli komandasının sabiq futbolçusu Rauf Əliyev yeni klubu "Səbail"in heyətində qol hesabını açıb.
Sportnet.az-ın məlumatın görə, 31 yaşlı hücumçu Premyer Liqanın XVII turunda "Qəbələ"ni 3:1 hesabı ilə yendikləri oyunun 70-ci dəqiqəsində fərqlənib. Bununla da Əliyev mövsüm ərzində ikinci klubda ilk qolunu vurub. O, cari mövsümün ilk yarısında “Neftçi”də də fərqlənmişdi.
Təcrübəli forvard əvvəlki mövsümlərdə daha 5 komandada - “Qarabağ”, “Bakı”, “Xəzər Lənkəran”, “Keşlə” və “Qəbələ”də rəqib qapısına yol tapıb. “Qəbələ”yə vurduğu topla Əliyev heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. O, Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.