Qış fasiləsində "Qarabağ"ı Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubuna dəyişmiş Riçard Almeyda yeni komandasının heyətində bu gün növbəti oyununa çıxıb.
Sportnet.az-ın məlumatına görə, braziliyalı futbolçu yerli "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" klubu ilə keçirilən matçın iştirakçısı olub. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Baniyas" adını yarımfinala yazdırıb. Qarşılaşmada yeganə qolu məhz Almeyda vurub. 31 yaşlı futbolçu ilk hissənin əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə penaltidən fərqlənib.
Qeyd edək ki, "Baniyas" yarımfinalda "Əl-Dəfra" - "Əl-Cəzirə" cütünün qalibi ilə qarşılaşacaq.