
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Yan Vertongenin evini 4 naməlum şəxs qarət edib. Sportnet.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, insident Almaniyada "Leyptsiq"lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı baş verib.
Həmin vaxt mənzildə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olub. Oğrular onları bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Belçikalı futbolçunun ailəsinə heç bir bədən xəsarəti yetirilməyib. Hazırda polis araşdırma aparır və şahidləri dindirir.
Qeyd edək ki, bu mövsüm Yan Vertongen İngiltərə Premyer Liqasında 19 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda "Tottenhem" 29 oyundan 41 xalla 8-ci yerdə gedir. Çempionlar Liqasında isə London təmsilçisi "Leyptsiq"ə evdə 0:1, səfərdə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.