“Yarışlarımızın əsaslandığı və riayət etməyə çalışdığımız prinsip insanların sağlamlığıdır”.
Sportnet.az “Goal” nəşrinə istinadən xəbər verir ki, bu fikirləri FIFA-nın prezidenti Canni İnfantino deyib.
Funksioner bildirib ki, heç bir matç, turnir və ya liqa üçün insan sağlamlığını riskə atmağa dəyməz: “Bunu hamı başa düşməlidir. Vəziyyət 100 faiz etibarlı olmadığı halda, rəqabəti bərpa etmək məsuliyyyətsizlikdir. Bir az daha gözləmək lazımdırsa, bunu etməliyik”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə demək olar ki, dünyada bütün çempionatlar təxirə salınıb. Avropa yalnız Belarus çempionatı davam edir.