Azərbaycan Futzal Federasiyası yarışların təxirə salınması müddətini uzadıb.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub.
Bildirilib ki, Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb.
Federasiya oyunların başlama tarixi barədə əlavə məlumatın veriləcəyini də vurğulayıb.