
İtaliyanın "Viçentsa" klubunun insult keçirən futbolçusu Edoardo Boltson komadan ayılıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda 17 yaşlı oyunçunun sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, Edoardo Boltson aprelin 22-də insult keçirib və Trevizo xəstəxanasında təcili əməliyyat olunub