
Azərbaycanlı futbolçular karantin qaydalarını pozaraq, gecəyarısı açıq havada məşq ediblər.
Sportnet.az-ın məlumatına görə, bunlar "Səbail"in kapitanı Eltun Yaqublu və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur.
Yaqublu bu barədə "Intagram" hesabından paylaşım edib və saatın 02:20 olduğunu göstərib. Video, böyük ehtimalla, Dənizkənarı Bulvarda çəkilib. Yaqublu görüntünün üzərinə "Stay at home" ("Evdə qal") yazmağı da lazım bilib.
Qeyd edək ki, Eltun Yaqublu 2017-ci ildən "Səbail"də çıxış edir. Ağabala Ramazanov isə bu ilin əvvəlində məhz "Səbail"dən "Zirə"yə keçib. (Report)