
Fubol üzrə Belarus kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında "Şaxtyor" (Soliqarsk) doğma meydanda "Dinamo"nu (Brest) qəbul edib.
Brest təmsilçisi səfərdə 2:4 hesablı məğlubiyyətə baxmayaraq, evdəki ilk matçda qazanılan qələbə (2:0) sayəsində adını finala yazdırıb.
İkinci finalçı BATE - "Slaviya" oyunundan sonra müəyyənləşəcək. İlk matçda Borisov təmsilçisi minimal hesabla uduzub - 0:1.
Qeyd edək ki, Belarus hazırda koronavirus pandemiyasına baxmayaraq Avropada çempionatı davam edən yeganə ölkədir.