Fransanın "Dijon" klubunda çıxış edən futbolçu Floran Balmon karyerasını başa vurub.
Sportne.az-ın məlumatına görə, yarımmüdafiəçi 40 yaşında futbolla vidalaşıb.
Fransalı oyunçu karyerasını mayın axırlarında keçirəcəkləri son qarşılaşma ilə yekunlaşdırmaq istədiyini, lakin məlum hadisələrə görə futbolla vidalaşmalı olduğunu söyləyib.
Qeyd edək ki, aprelin 30-da Fransa çempionatı vaxtından əvvəl rəsmən yekunlaşıb və PSJ 2019/2020 mövsümünün qalibi olub.
Floran Balmon 2002/2003 mövsümündə "Lion", 2010/2011 mövsümündə isə "Lill" ilə Fransa çempionu adını qazanıb. O, karyerası ərzində 615 matçda 21 qol vurub.