Türkiyənin "Qalatasaray" klubu bir neçə gün öncə xəstəxanaya yerləşdirilən prezident Mustafa Cengizlə bağlı açıqlama yayıb.
Sportnet.az-ın məlumatına görə, klub rəhbərinin səhhəti ilə bağlı bir neçə əməliyyat keçirəcəyi bildirilib.
M.Cengizin vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Qeyd edək ki, Mustafa Cengiz halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.