
AVRO-2020-nin ev sahiblərindən Kopenhagen şəhəri oyunları qəbul edə biləcəyi ilə bağlı UEFA-ya
dövlət zəmanəti təqdim etməlidir.
Sportnet.az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Təşkilat Komitəsinin Mətbuat Xidmətindən bildirilib.
Açıqlamada lazımi sənədlərin mayın 8-dək qitə futbol qurumuna göndərilməli olduğu qeyd olunub.
Daha əvvəl Danimarka paytaxtının təhlükəsizlik səbəbindən yarışa ev sahibliyindən imtina etmək istədiyi bildirilirdi.
Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-nin təqviminə əsasən, A qrupunun 3 (İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə), 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir. Qrupun digər oyunları isə Romada İtaliya yığmasının iştirakı ilə nəzərdə tutulub.