
İtaliya "Yuventus"unun futbolçusu Paulo Dibala koronavirusdan tam sağalıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, argentinalı hücumçunun son iki testi mənfi nəticə verib. Xəbəri 27 yaşlı forvardın özü də təsdiqləyib: "Mənim üzümdən hər şey aydın görünür: Koronavirusdan müalicə olunmuşam".
Qeyd edək ki, ilk dəfə martın 21-də Paulo Dibala özü və rəfiqəsi Oriana Sabatininin testinin müsbət nəticə verdiyini açıqlayıb. Sonradan o, səhhətinin yaxşılaşdığını bildirsə də, aprelin əvvəllərində Sabatini Dibala ilə birgə yenidən koronavirusa yoluxduqlarını söyləyib.