Türkiyənin "Altınordu" klubu Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budakı heyətində saxlamaq istəyir.
Sportnet.az "Yeniasır" nəşrinə istinadən xəbər verir ki, İzmir təmsilçisi sözləşməsi mövsümün sonunda yekunlaşacaq 7 oyunçusundan yalnız 5-ni heyətdə saxlamaq niyyətindədir.
Onların arasında Azərbaycan millisinin formasını geyinən Ufuk Budak da var. "Altınordu" rəhbərliyinin məşqçilər heyətindən aldıqları hesabata əsasən 30 yaşlı müdafiəçi və digər 4 futbolçu ilə qarşıdakı həftə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Ufuk Budak 2011-ci ildən Azərbaycan millisində çıxış edir. O, 2019-cu ildən "Altınordu"nun şərəfini qoruyur. Komanda I Liqada 28 oyundan 31 xalla 14-cü pillədə qərarlaşıb.