İtaliyanın "Sampdoriya" və "Fiorentina klublarının daha 3 futbolçusu koronavirusa yoluxub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, hər iki komandanın üzvlərindən götürülmüş dopinq-test nəticəsində üzə çıxıb. "Fiorentina"da futbolçulardan əlavə, klubun 3 əməkdaşından da koronavirus aşkarlanıb.
Lakin yoluxanların heç birinin adları açıqlanmayıb. Onların izolyasiya olunduqları bildirilib.
Qeyd edək ki, daha öncə mart-apreldə "Sampdoriya"nın 7 futbolçusu, eyni zamanda komandanın həkimi də koronavirusa tutulub. "Fiorentina"da isə 3 oyunçu - Herman Pesselya, Patrik Kutrone və Duşan Vlahoviç bu xəstəlikdən yenicə sağalıb. İtaliya A Seriyası koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətədək təxirə salınıb.