Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.
Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.
Yeni qaydalara əsasən, 2020-ci ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulan turnirlərdə hər komanda oyun ərzində 5 əvəzetmədən istifadə edə bilər.
Bu yeniliyi təqbiq etmək qərarı federasiyaların və konfederasiyaların öhdəliyinə buraxılır. 5 əvəzetmədən həm mayın 16-da start götürəcək Bundesliqa matçlarında, həm də 7 turu geridə qalan Belarus çempionatının qarşılaşmalarında istifadə oluna bilər.
Oyun ərzində əvəzetmələr 3 dəfəyə gerçəkləşdirilməlidir. Bunu fasilədə də etməyə icazə verilir.
IFAB və FIFA müvəqqəti qaydanın 2021-ci ildə sona çatacaq turnirlərdə tətbiq olunacağına dair hələ qərar verməyib.
Peşəkar klub turnirlərində təkrar əvəzetmələr əvvəlki kimi qadağandır.
VAR-dan (videotəkrar) istifadəyə davam etmək və ya bu xidmətdən müvəqqəti imtina qərarı federasiya və konfederasiyaların ixtiyarında qalır.
_____________________________________________________________________________________________________
***16:20
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi bu gün elan edəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə IFAB-ın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, bununla bağlı açıqlama günün ikinci yarısında veriləcək.
Qeyd edək ki, FIFA milli assosiasiyalara mövsüm bərpa olunacağı təqdirdə çempionat oyunlarında beş əvəzetmə tətbiq olunmasını təklif edib.