
"Altı həftə evdə qalmışıq, bu, asan deyil. Daha sonra məhdudiyyətlərin yüngülləşdirilməsi qəfil başladı".
Sportnet.az xəbər verir ki, bu fikirləri İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) icraçı direktoru Qordon Teylor "Sky Sports"a açıqlamasında deyib.
O bildirib ki, futbolçular "təcrübə dovşanı" olmaq istəmirlər. Qurumun rəhbəri mövsümün yenidən başlaması prosesinə həddindən artıq ehtiyatla yanaşılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının iyunun ortalarında başlayacağı planlaşdırılır. Matçların azarkeşsiz və neytral stadionlarda keçirilməsi ehtimalı da var.