İtaliyanın "Fiorentina" klubunun idman direktoru Daniele Prade ailə üzvlərini koronavirusa yoluxdurub.
Sportnet.az-ın məlumatına görə, funksioner bu barədə "Sport.sky.it" saytına açıqlama verib. O, koronavirusun gizli virus olduğunu bildirib.
Prade təhlükəsizlik tədbirlərinə riayət etməyin və ünsiyyətdən qaçmağın vacib olduğunu söyləyib: "Virusu evimə gətirdim və həyat yoldaşım, qızım, nəvələrim, digər ailə üzvlərimə ötürdüm".
Qeyd edək ki, daha öncə "Fiorentina"nın bir neçə üzvündə koronavirus aşkarlanıb. Martın 11-də koronavirus pandemiyası səbəbindən dayandırılan A Seriyasının iyunun 13-də qaldığı yerdən davam edəcəyi açıqlanıb.