"Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandanın bazasnda çalışan işçilərdən birində virusun simptomları aşkarlanıb.
Adı açıqlanmayan şəxs karantinə alınıb və dərhal müalicəsinə başlanılıb.
Bu səbəbdən "sarı-qırmızılılar"ın məşqləri 6 günlük dayandırılıb.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray"ın baş məşqçisi Fatih Terim, vitse-prezidenti Abdurrahim Albayrak və klub rəsmisi Yusuf Günay koronavirusa yoluxub.